"Hollywood"da 31 qol buraxan komandaya film çəkilir

"Hollywood"da 31 qol buraxan komandaya film çəkilir
Sakit okeanda yerləşən Samoa Amerikanın milli komandası "Hollywood" rejisorlarının maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, buna səbəb komandanın 0:31 hesabı ilə yenilməsi olub.
Belə ki, Samoa Amerika 2001-ci ildə Avstraliyaya bu hesabla yenilmişdi. Orta hesabla hər 2.9 dəqiqədən bir qol vurulan oyunda Arşie Tompson 13 dəfə fərqlənmişdi.
Mike Brett və Stis Camison bu oyunla baş verənləri filmə çəkmək qərarına gəliblər. Bunlar Samoa Amerika haqqında "Qarşınızda dünyanın ən pis komandası dayanır" ifadəsini işlədiblər. "Next Goal Wins" adlı film apreldə tamaşaçı qarşısına çıxacaq. 
Qeyd edək ki, Samoa Amerika milli komandası FIFA-nın reytinq cədvəlində 207 ölkə arasında 196-cı yeri tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər