“Mən heç vaxt pul davasına çıxmamışam. İstəyərdim ki, Avroliqaya vəsiqə qazanaq. Amma alınmadı. Buna görə üzülürəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “Bakı”nın futbolçusu Əfran İsmayılov deyib.
Əfran klubunu dəyişmək istəyir: “Rəhbərliklə danışacağam, halallıq versələr, gedəcəyəm. Müqavilə ilə “Bakı”ya məxsusam. Ona görə də, klub rəhbərliyi ilə danışmalıyam. Buraxmasalar, heç yerə gedə bilmərəm”.
Qeyd edək ki, milli üzvünün xidmətində 2 ölkə klubu maraqlıdı. “Qəbələ”nin Əfranın “ovuna çıxdığı” haqda ilk informasiyanı isə Fanat.az yaymışdı.
Fanat.az