"Hafka"nın şirkətində qalmaqal- ÖZƏL

"Hafka"nın şirkətində qalmaqal- ÖZƏL

Hafiz Məmmədovun biznesi çökür

"Bakı"nın sahibi Hafiz Məmmədovun işləri son günlər heç də yaxşı getmir. "Baghlan Group"-un prezidentinin biznes fəaliyyətindəki "axsamalar" barədə mütəmadi olaraq ölkə mediasında yazılar gedir.

İnfrastruktur baxımından ölkədə ən güclü futbol klubu hesab edilən "Bakı" futbol klubunun bazasının satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran Hafiz Məmmədovun biznes fəaliyyətini kölgə altına salan məqamlardan hesab olunur.

Bu arada Hafiz Məmmədovun rəhbəri olduğu "Baghlan Group" və "Greenfield İnternational" RAFİ Oil-ə məxsus “Bahar Enerji Əməliyyat Şirkəti”ndə ixtisarlar barəsində məlumat yayılıb.

Fanat.az-a daxil olan məlumatda bildirilir ki, şirkətdə neft hasilatı və qazma işləri minimum səviyyəyə düşməsi ilə əlaqədar 80 faiz işçi ixtisar olunacaq. Bu isə “Bahar Enerji Əməliyyat Şirkəti"nin faktiki iflas həddində olması deməkdir.

Adının açıqlamasını istəməyən “Bahar Enerji Əməliyyat Şirkəti"nin əməkdaşı Fanat.az-a məlumatı təsdiqləyərək bildirib ki, artıq şirkətdə ixtisarlar başlayıb və bunun nəticəsində də bir neçə bölmə bağlanıb: “Bahar Enerji Əməliyyat Şirkəti"ndə qazmaçı kimi çalışırdım. Dünən rəhbərlikdən bizə dedilər ki, bu gün işə çıxmayaq. Yəni artıq işdən azad olunuruq. Mənimlə birgə çalışan 10-a yaxın qazmaçı da rəhbərliyin istəyi nəticəsində işdən birdəfəlik getmək məcburiyyətində qaldı".

Xatırladaq ki, yazı saytda gedənə qədər “Bahar Enerji Əməliyyat Şirkəti"mövqeyini öyrənmək istəsək də, nədənsə şirkətdən zənglərimizə cavab verən olmadı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər