2013/14 mövsümü Azərbaycan Kubokunun finalında mübarizə aparacaq “Qəbələ” klubu “Neftçi” ilə oyun öncəsi “Finala rəng qataq!” adlı promo video çarx hazırlayıb.
Qeyd edək ki, Azərbaycan kubokunun “Qəbələ” - “Neftçi” final oyunu 22 mayda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Biletlər 16 maydan etibarən stadionun kassalarında satılacaq.
Fanat.az