Hollandiya millisinin baş məşqçisi Luis van Qaal İspaniya üzərində 5:1 hesablı qələbəni şərh edib. Fanat.az xəbər verir ki, holland mütəxəssis qapılarına vurulan qoldan sonra qələbəyə ümidini itirdiyini etiraf edib:
"Penaltidən sonra düşündüm ki, bu, çempionatın ilk oyunudu. Yəni, turnir burada başa çatmır. Dərhal buraxdığım səhvləri axtarmağa başladım. Düşündüm ki, İspaniya ənənəvi olaraq təşəbbüsü əlinə alacaq və bizim işimiz çox çətin olacaq. Robin van Persinin qolu çox yerinə düşdü. Axı mən 4-2-3 sxeminə qayıtmaq üzərində düşünürdüm. Eyforiyadan qaçmaq lazımdı. Buna xüsusi diqqət yetirəcəyik".
Fanat.az