"Əsl kişilər narıncı geyir"

"Əsl kişilər narıncı geyir"
Dünya çempionatının startına saylı günlər qalır. Fanat.az mundialla bağlı maraqlı məlumatları təqdim etməyə davam edir.
Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək komandalar şüarlarını seçiblər. Komandalar sloqanlarla azarkeşlərinə səsləniblər. Həmin şüarları təqdim edirik:
 
Brazilya: “Hazırlaşın 6-cı çempionluq gəlir”
Xorvatiya: “Ürəkdə alovla, hamı bir nəfər kimi Xorvatiya naminə!”
Meksika: “Hər zaman birgə, hər zaman asteklər!”
Kamerun: “Aslan aslan olaraq qalır”
 
İspaniya: “Ürəklərimizdə çempionluq ehtirası var”
Hollandiya: “Əsl kişilər narıncı geyir”
Çili: “Çi, Çi, Çi! Li, Li, Li! İrəli Çili”
Avstraliya: “Sokkeruz: “tarixə hoppanarkən!”
 
Kolumbiya: “Bura tək komanda yox, bütün ölkə gəlib”
Yunanıstan: “Qəhrəmanlar yunanlar kimi oynayır”
Kot d’İvuar: “Fillər Brazilyaya köklənib”
Yaponiya: “Samuraylar, döyüş vaxtı çatıb!”
 
Uruqvay: “3 milyon istək, irəli Uruqvay!”
Kosta Rika: “Ehtirasım futbol, gücüm xalqım, fəxrim Kosta Rika”
İngiltərə: “Bu komandanın arzusu milyonların ürək döyüntüsüdür”
İtaliya: “Dünya kuboku arzusunu göy rəngə boyayaq”
 
İsveçrə: “Son dayanacaq: 13.07.2014 “Marakana”
Ekvador: “Yeganə sədaqət, yeganə ehtiras, bir ürək.  Hər şey sənin  üçündür, Ekvador!”
Fransa: “Qeyri-mümkün, bu fransızlara xas olmayan sözdür”
Honduras: “Biz bir ölkə, bir millət, ürəkdə 5 ulduzuq”
 
Argentina: “Biz sadəcə komanda deyilik, biz nəhəngik”
Bosniya- Hersoqovina: “Ürəkdə əjdahalar, meydanda əjdahalar”
İran: “Eşq olsun İrana”
Nigeriya: “Biz yalnız birlikdə qalib gələcəyik”
 
Almaniya: “Bir ölkə, bir komanda, bir arzu”
Portuqaliya: “Keçmiş tarixdir, gələcəkdə yalnız qələbə”
Qana: “Qara ulduzlar: Brazilyanı işıqlandırmağa gəlmişik”
ABŞ: “Ehtirasla irəliləyən vahid komanda”
 
Belçika: “Qeyri-mümkün olanı gözləyin”
Əlcəzair: “Səhra döyüşçüləri, haydı Braziliyaya”
Rusiya: “Bizə çata bilməzlər”
Koreya: “Qırmızılar, həzz alın”
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər