"Ən yaxşı" adına 3 namizəd qaldı

"Ən yaxşı" adına 3 namizəd qaldı
UEFA 2013/14 mövsümü üçün Avropanın ən yaxşı futbolçusu adına namizədlərin sayını 10-dan 3-ə endirib. Fanat.az xəbər verir ki, finala Manuel Noyer ("Bavariya", Almaniya), Kriştiano Ronaldo ("Real" Madrid, Portuqaliya) və Aryen Robben ("Bavariya", Hollandiya) yüksəlib.
Avropanın ən yaxşı futbolçusunun adının avqustun 28-i - Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib.
Finala yüksələ bilməyən yeddi futbolçu isə aşağıda adları qeyd edilənlər olub:
Tomas Müller - 39 səs
Filipp Lam - 24
Lionel Messi - 24
Xames Rodriqes - 16
Luis Suares - 13
Anxel di Mariya - 12
Dieqo Kosta - 8
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər