"Di Mariyanın istəyini nəzərə almayacam"

"Di Mariyanın istəyini nəzərə almayacam"

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Anxel di Mariyanın “Malaqa”yla çempionat oyununu buraxmaq istəməsindən hiddətlənib. Fanat.az xəbər verir ki, sarı vərəqə limitini doldurmaqdan ehtiyatlanan yetirməsinin oyunlara fərqli gözlə baxması italyana çatmır:

“Di Mariyanın səsləndirdiyi fikir mənə çatmır. Rəqibin kimliyinin önəmi yoxdu. Oyunlara fərqli gözlə baxmaq olmaz. Əlbəttə, Anxel “sarı” alsa, “Barselona”yla görüşdə iştirak edə bilməyəcəyini anlayır. Amma mən “Malaqa”yla oyun üçün  heyəti müəyyənləşdirərkən onun istəyini nəzərə almayacam. Eyb etməz, “sarı”alsa, “Barselona”ya qarşı başqası oynayar. Narahat olmasın, burda qorxulu nəsə yoxdu”.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər