"Dəxli yoxdu, evdə uddun, ya səfərdə"

"Dəxli yoxdu, evdə uddun, ya səfərdə"

Sabah Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi" Gürcüstanda "Çixura"nın qonağı olacaq. Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov, Fanat.az-a verdiyi açıqlamasında "ağ-qaralar"ın "play-off"a yüksələcəyinə inandığını söyləyib.

Təcrübəli mütəxəssis fikirlərini bu cür əsaslandırıb: "Bakıda ""Çixura" əsas diqqətini müdafiəyə yönəltmişdi. Gürcülər doğma publika qarşısında açılmağa məcbur olacaqlar. Çünki mərhələ keçmək üçün qol vurmalıdırlar. "Neftçi"nin ilk oyunda da rəqibin qapı torunu silkələmək imkanları olub. Bu dəfə isə meydan sahibləri hücuma daha çox qüvvə ayırmağa məcburdurlar və flaqman bundan yararlana bilər".

Mircavadov gürcü fanatların "xəritə məsələsi"nə bənzər adıımlar atacaqları təqdirdə, "Neftçi"nin futbolçularına psixoloji təsir göstərəcəkləri fikri ilə razılaşmayıb: "Bizim komandada oynayan futbolçular kifayət qədər Avropa təcrübəsinə malikdirlər. Yox, gürcü futbolsevərlərin təmsilçimizin oyunçularına təsir edəcəklərinə inanmıram".

"Neftçi"nin 8 oyundu avrokuboklarda "doğma divarlar" arasında qələbəyə həsrət qalmasına gəlincə, Ağasəlim bəy statistikaya önəm vermədiyini bildirib: "Açığı, bunu sizdən eşidirəm. Həm də ki, dəxli yoxdu, evdə uddun, ya səfərdə. "Koper" də "Neftçi"ni Bakıda udmuşdu. İndi Sloveniya təmsilçisi evindədi, Azərbaycan klubu isə mübarizəni davam etdirir. İnanıram ki, "Neftçi" bu dəfə də səfərdən lazımi nəticə ilə qayıtmağı bacaracaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər