Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan" "Qaradağ Lökbatan" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, matç "Dalğa Arena"da baş tutub.
Hesabı ilk yarıda "Qaradağ Lökbatan" açıb. Fasilədən sonra hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, yalnız bir qol qeydə alınıb. "Rəvan"ın heyətində Orxan Məmmədov fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib - 1:1.
Fanat.az