Topaz Premyer Liqasının XXVIII turunun 3 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər üç qarşılaşmanı "İdman Azərbaycan" kanalı efirə verəcək.
Kanal martın 29-da saat 15.00-da "Bakı" - "Simurq" oyununu azarkeşlərə təqdim edəcək. Bundan iki saat sonra isə "Neftçi" - "Xəzər Lənkəran" derbisi yayımlanacaq.
Martın 30-da isə "Qarabağ" - "Qəbələ" oyunu efirə veriləcək. Bu qarşılaşmanın start fiti saat 18.00-da çalınacaq.
Fanat.az