Kaxaber Tsxadadze "Qəbələ" ilə oyunla (4:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi avrokuboklara vəsiqə qazanmağa çalışacaqlarını deyib:
"Hamının bayramını təbrik edirəm, can sağlığı, xoşbəxtlik arzu edirəm. Bu cür qələbədən sonra oyunumuzu analiz edə bilməyəcəm. Daha çox emosiyalar üstündü. Futbolçularımı gözəl oyuna görə təbrik edirəm, çox qol vurduq. Bu oyunu tezliklə unudub qarşıdakı son mərhələyə hazırlaşmalıyıq. Turnir cədvəlində hansı mövqedə olacağımız qarşıdakı oyunlarda bilinəcək. Sabit komanda həmişə məqsədinə çatır. Biz də bu cür oyunla avrokuboklara düşməyə çalışmalıyıq. Rəqib "Neftçi" və "Qarabağ"a qarşı müxtəlif sistemlərlə oynamışdı. Biz də bunu nəzərə alıb oyunumuzu qurduq".
Fanat.az