"Bu nəticəni uğur sayıram"

"Bu nəticəni uğur sayıram"

“Nəticəmizə görə çox sevinirəm. “Borussiya”nın 6-cı yeri tutub, Avropa Liqasına vəsiqə qazanmasını da uğur sayıram”. Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.

 

 Yığmanı ABŞ-a təlim-məşq toplanışına aparan almanhəmyerlilərinə müsahibə verib.

 O, Münhenqladbax “Borussiya”sının 2013/14 mövsümündəki çıxışını dəyərləndirib: “Borussiya” maliyyə baxımından “Şalke 04”, “Bayer” və ya Dortmund “Borussiya”sıyla tərəzinin bir gözünə qoyula bilməz. Amma fakt budur ki, belə vəziyyətdə də yaxşı nəticə qazana bilirik. Əslində, mövsümün ilk yarısında daha az xal itirsəydik, Çempionlar Liqasına da çıxa bilərdik”.

 

Qeyd edək ki, 1-ci dövrədə 25, 2-cidə 30 xal toplayan “Borussiya” Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən 6 xal geri qalıb.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər