Vaqif Cavadov, Ruslan Əmircanov, Brüs Abdulaye kimi futbolçulara yeni müqavilə imzalatdıra bilməyən “İnter” “Bakı”nın futbolçularıyla maraqlanır. Fanat.az xəbər verir ki, “bankirlər” Cavid Hüseynov və Elvin Məmmədovu heyətə qatmağa çalışacaq.
Klub prezidenti Georgi Nikolov informasiyanı təsdiqləyib. Qeyd edək ki, Tovuz futbolunun yetirmələri olan Cavidlə Elvin əvvəllər "İnter"in uğurları üçün tər töküb.
Fanat.az