AFFA İntizam Komitəsinin növbəti iclaası keçirilib. Fanat.az xəbər verir ki, I divizionun XXVIII turunda qeydə alınan bəzi qayda pozuntularına hüquqi qiymət verib.
"Araz Naxçıvan" azarkeşlərinə görə ziyana düşüb. Belə ki, Muxtar Respublika klubunun fanatdarı "Şəmkir"lə oyunun 12-ci dəqiqəsində pirotexniki vasitələrdən istifadə edib. Bk səbəbdən klub 100 manat cərimə edilib.
"Lokomotiv"dən Çingiz Qurbanov "Ağsu" ilə oyunda, “Qaradağ"dan Taleh Muradov "Karvan"la matçda idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hər iki oyunçu 1 oyunluq cəzalandırılıb, klubları 20 manat cərimələnib. MOİK isə “Mil-Muğan”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat ziyana düşüb.
Fanat.az