Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, G qrupunda II turun ilk oyunu keçirilib və Argentina İranı sınağa çəkib.
İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunda hesabı 51-ci dəqiqədə Mario Götze açıb. Almanların qol sevinci 3 dəqiqə çəkib və Andre Ayev bərabərliyi təmin edib. 63-cü dəqiqədə Asamoah Qyan Qananı hesabda önə keçirib. Almanlar 71-ci dəqiqədə Miroslav Klozenin qoluna sevinib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu gecə F qrupunda Argentina İranı 1:0 hesabı ilə məğlub edib. Gecənin son oyunu saat 03.00-da başlayacaq. F qrupu çərçivəsində baş tutacaq bu qarşılaşmada Bosniya və Hersoqovina Nigeriyanı sınağa çəkəcək.
DÇ-2014
Qrup mərhələsi
21-22 iyun
G qrupu
Almaniya - Qana 2:2
Qollar: Mario Götze, 51. Miroslav Kloze, 71 - Andre Ayev, 54. Asamoah Qyan, 63.
Almaniya: Manuel Neuer, Benedikt Hövedes, Mats Hummels, Filip Lam, Per Mertesaker, Jerome Boatenq (Şkodran Mustafi, 46), Sami Kedira (Bastian Şvaynştayger, 70), Mesut Özil, Tomas Müller, Toni Kroos, Mario Götze (Miroslav Kloze, 69).
Ehtiyat oyunçular: Ron-Robert Zieler, Roman Veydenfeller, Kevin Qrosskreuts, Mattias Ginter, Erik Durm, Andre Şkürrle, Lukas Podolski, Julian Draksler, Kristof Kramer.
Baş məşqçi: Yoahim Löv.
Qana: Fatau Dauda, Conatan Mensah, Con Boye, Harrison Afful, Kristian Atsu (Mübarək Vakaso, 73), Andre Ayev, Sulley Muntari, Albert Adomah, Məhəmməd Rabiu (Emmanuel Badu, 78), Asamoah Qyan, Kevin-Prinse Boatenq (Yordan Ayev, 52).
Ehtiyat oyunçular: Stepan Adams, Adam Larsen Kvarasey, Samuel İnkoom, Daniel Opare, Raşid Sumaila, Mixael Essyen, Afriyi Akquah, Kvadvo Asamoah, Varis Macid.
Baş məşqçi: Ceyms Kvesi Appiya.
Sarı vərəqə: Sulley Muntari, 90+4.
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (Braziliya), Viktor Hüqo Karrillo (Peru).
Fortaleza. "Estadio Kastelo".
| 1 | Almaniya | 2 | 1 | 1 | 0 | 6:2 | 4 |
| 2 | ABŞ | 1 | 1 | 0 | 0 | 2:1 | 3 |
| 3 | Qana | 2 | 0 | 1 | 1 | 3:4 | 1 |
| 4 | Portuqaliya | 1 | 0 | 0 | 1 | 0:4 | 0 |
Fanat.az