Qattuzo postunu tərk etdi - RƏSMİ

Qattuzo postunu tərk etdi - RƏSMİ

"Olimpik Marsel" baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Fransa təmsilçisi italiyalı mütəxəssisə ənənəvi qaydada təşəkkür edərək ona uğurlar arzulayıb.

Qattuzonun postundan göndərildiyi barədə məlumatı bir neçə gün öncə tanınmış insayder Fabritsio Romano yaymışdı.

22 tura 30 xal toplayan Marsel təmsilçisi Liqa 1-in turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Çempionatın son 5 turunda 3 dəfə heç-heçə edən "Olimpik" 2 dəfə məğlub olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər