Qara Qarayev: "Millinin daimi üzvü deyiləm"

Qara Qarayev: "Millinin daimi üzvü deyiləm"
"Mövsümün başa çatdığını demək tezdi. Bizim üçün mövsüm milli komandanın oyunundan sonra başa çatacaq". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Qara Qarayev deyib.
Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində bu ölkənin yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək millimiz hazırlıqlarını davam etdirir. Qara Qarayev ABŞ-la oyunu dəyərlənlirib: "Hazırda futbolçuların əhval-ruhiyyəsi yaxşıdı. ABŞ yığmasıyla görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq. Rəqib yaxın günlərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Ona görə ola bilsin ki, bizimlə oyunda zədələnməmək üçün özlərini qorusunlar. Buna baxmayaraq, DÇ öncəsi yaxşı əhval-ruhiyyədə olmaları üçün qalib gəlməyə çalışacaqlar".
"Artıq bir neçə toplanışdı milli komandaya dəvət olunuram. Ancaq bu o demək deyil ki, millinin daimi üzvü olmuşam. Oyunlarda özümü yaxşı tərəfdən göstərib millinin daimi üzvü olmaq üçün çalışıram" deyə Qarayev əlavə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər