Preyer Liqa: 24 turda neçə qol vurulub?

Preyer Liqa: 24 turda neçə qol vurulub?

Premyer Liqanın XXIV turunun 5 matçında qapılara 8 qol vurulub. Bu hər oyuna orta hesabla 1,6 top deməkdi.

Ən çox qol "Neftçi" - "Qarabağ" matçında qeydə alınıb. Azərbaycan derbisində "Qarabağ"ın futbolçuları 4 dəfə fərqlənib, "Neftçi" isə bir dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. "Xəzər Lənkəran" - "İnter" qarşılaşmasında 2 (1:1), "Rəvan" - AZAL matçında 1 (1:0) qol vurulub. "Simurq" - "Rəvan" və "Bakı" - "Sumqayıt" oyunlarında hesab açılmayıb - 0:0.

Ümumilikdə 24 turun 120 oyununda qapılara 286 qol vurulub ki, bu da hər matça orta hesabla 2,38 top deməkdi. Ən çox qol XII turda qeydə alınıb - 22 (orta hesabla 4.4). VIII turun qarşılaşmalarında isə cəmi 2 qol vurulub (orta hesabla 0.4).

Turlar üzrə qol sayı

Tur

Qol

Orta hesabla

I

15

3

II

14

2.8

III

14

2.8

IV

11

2.2

V

10

2

VI

16

3.2

VII

11

2.2

VIII

2

0.4

IX

12

2.4

X

14

2.8

XI

7

1.4

XII

22

4.4

XIII

7

1.4

XIV

9

1.8

XV

7

1.4

XVI

13

2.6

XVII

12

2.4

XVIII

17

3.4

XIX

16

3.2

XX

13

2.6

XXI

13

2.6

XXII

15

3

XXIII

8

1.6

XXIV

8

1.6

Cəmi

286

2.38

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər