İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib. Fanat.az xəbər verir ki, Polşa yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub. Komandamızın heyətində Asif Zeynalov fərqlənib.
Qeyd edək ki, millimiz ilk oyununu dünən Çexiyaya qarşı keçirmiş və 6:2 hesablı qələbə qazanmışdı. Futbolçularımız avqustun 16-da, Bakı vaxtı ilə saat 14.30-da Bolqarıstan yığması ilə qarşılaşacaq.
Fanat.az