Pantiçdən acı etiraf: "Bu güc oyun gözləmirdim"

Pantiçdən acı etiraf: "Bu güc oyun gözləmirdim"

Milinko Pantiç "Sumqayıt"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi rəqibi düzgün qiymətləndirmədiklərini etiraf edib:

"Rəqibin turnir cədvəlindəki mövqeyinə aldandıq. Etiraf edim ki, “Sumqayıt”dan bu cür oyun gözləmirdim. İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Oyunun nəticəsi ədalətlidi. İlk hissədə komandamı sadəcə olaraq, tanımadım. İkinci hissədə komanda oyununu dəyişdi. Ancaq ümumilikdə futbolçularımdan narazıyam. Onlar rəqibə düzgün köklənmədilər. Axı mən “Sumqayıt”a qarşı köklənməyi ilk gündən demişdim. Biz rəqibi qiymətləndirmədik və iki xal itirdik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər