Pantiç "nala-mıxa" vurdu

Pantiç "nala-mıxa" vurdu
Milinko Pantiç "Qəbələ" ilə oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi nəticəni ədalətli hesab edib:
"Ədalətli nəticə oldu. Rəqib qapısı ağzında çoxlu qol epizodları yaratsaq da, onları qola çevirə bilmədik. Cəmi bir dəfə fərqlənə bildik. Rəqib isə qapımıza üç dəfə gəldi və hamısında qol vurdu. “Qəbələ”nin heyətində yüksək ustalıq səviyyəsi olan futbolçular var. Bizdən daha üstün oynayıb qələbə qazandılar. Topa sahib olmada üstün idik. Heyətdə müəyyən itkilərin olması da oyunumuza təsir etdi. “Qəbələ”ni Avropa Liqasına vəsiqə qazanması ilə təbrik edirəm, uğurlar arzulayıram. Rauf Əliyev və Cavid Hüseynov zədədən sonra tam bərpa olmadıqları üçün bu gün Qəbələyə gətirilməyiblər. İlk növbədə futbolçuların sağlamlığını düşünürəm, onları riskə atmaq istəmədim".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər