Olimpiadaya ilk lisenziyanı qazandıq

Olimpiadaya ilk lisenziyanı qazandıq
Azərbaycan atletləri Bakıda keçirilən yüngül atletika üzrə Avropa Təsnifat Turnirində ilk medalını qazanıb. Fanat.az xəbər verir ki, qızlar arasında 3000 metr məsafəyə qaçış yarışlarında atletimiz Behafeta Hadiyes gümüş medala sahib olmaqla yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Təmsilçimiz 3000 məsafəni 9 dəqiqə 34 saniyəyə qət edib. Bu növdə turnirin qalibi Almaniya təmsilçisi Alina Reh olub (9 dəqiqə 26 saniyə). Rumıniyalı Maria Maqdalena İfteni bürünc medalla kifayətlənib (9 dəqiqə 36 saniyə).
Gümüş medal qazanan Behafeta Hadiyes yarışdan sonra jurnalistlərə açıqlama verib: "Startda üstünlük qazandım və bunu istifadə etmək istədim. Əlbəttə, qızıl medal şanslarım az deyildi. Lakin bu yarışda əsas hədəf Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə etməkdən ibarət idi. Ona görə ikinci yerdə möhkəmlənməyə çalışdım. İzləyicimin çox uzaqlaşdığını görüb bir qədər arxayınlaşdım. Lisenziya ilk iki pilləni tutan idmançıya verilirdi. Yekunda gümüş medal və lisenziya qazandım. Bundan sonra bütün fikrim Çində keçiriləcək oyunlara yönələcək. Əsl gücümü Yeniyetmələrin Olimpiya Oyunlarında göstərəcəyəm. Azərbaycan üçün medal qazanmaq istəyirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər