Nazim Əliyev: "Çalışacağam ki..."

Nazim Əliyev: "Çalışacağam ki..."

“Neftçi” mənim üçün doğma klubdu. Futbolçu karyeramda ilk böyük addımlarımı bu klubda atmışam. “Neftçi”də məşqçi vəzifəsini də icra etmişəm". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni məşqçisi Nazim Əliyev deyib.

Bu gün Böyükağa Hacıyevin köməkçisi təyin olunan Əliyev etimadı doğrultmağa çalışacağını bildirib: "Son illərdə bu komanda böyük tarixi nailiyyətlərə imza atıb. Azərbaycanla yanaşı, Avropada da adından söz etdirib. Təbii ki, hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparan komandada çalışmaq şərəf olmaqla yanaşı, böyük məsuliyyət və zəhmət də tələb edir. “Neftçi”nin prezidenti Sadıq Sadıqov hər zaman yerli mütəxəssislərlə çalışmağa üstünlük verib. Mənə güvəndiyinə və etimad göstərdiyinə görə klub prezidentinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər