Mustafa Dənizli üçün yeni iddia: Mançinini əvəzləyəcək

Mustafa Dənizli üçün yeni iddia: Mançinini əvəzləyəcək

Mustafa Dənizli ilə bağlı yeni xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, "Milliyət" qəzeti mütəxəssisin yenidən "Qalatasaray"ın hədəfində olduğunu iddia edib.

Qəzetin məlumatına görə, Roberto Mançinini yola salmaq istəyən Ünal Aysalın hədəfi Mustafa Dənizlidi. İyunun 15-dək italyan mütəxəssislə yollarını ayırmaq istəyən prezident türk mütəxəssisi komandanın başına gətirməyi hədəfləyir. 

Məlumata görə, "Xəzər Lənkəran"dan ayrılan Dənizlinin namizədliyi klub rəhbərliyi arasında müzakirə olunub. "Sarı-qırmızılı" rəsmilər yekdilliklə onun ən uyğun namizəd olduğunu bildirib. Mançini ilə danışıqlar müsbət nəticələnsə, "Qalatasaray" rəhbərliyi vaxt itirmədən onunla danışıqlar masasına oturacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər