"Qalatasaray"ın baş məşqçi axtarışları davam edir. Mirça Luçesku ilə anlaşa bilməyən İstanbul klubunun baş məşqçi postuna namizədlərdən biri də Mustafa Dənizli hesab olunur.
Düzdü, həm mütəxəssisin özü, həm də "Qalatasaray"ın prezidenti bu variantın gündəmdə olmadığını açıqlayıb. Klub rəhbəri komandanı yenidən əcnəbi mütəxəssisə həvalə edəcəyini bildirib.
Bu arada "Qalatasaray"ın İdarə Heyətinin üzvləri Ünal Aysala məktub yazıb. Fanat.az xəbər verir ki, rəsmilər prezidentdən Dənizlini baş məşqçi postuna gətirməyi istəyib.
Məktub müəlliflərinin fikrincə, əcnəbi məşqçi indiki məqamda uğursuz ola bilər: "Bu dönəmdə "Qalatasaray" üçün ən uyğun namizəd Mustafa Dənizlidi".
Deyilənə görə, Aysal İdarə Heyətinin üzvlərinə bu ideyanı ciddi şəkildə düşünəcəyini bildirib.
Fanat.az