Mustafa Dənizli: "Susacağam" - VİDEO

Mustafa Dənizli: "Susacağam" - VİDEO
Mustafa Dənizli "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın türk baş məşqçisi hakimliklə bağlı danışmaq istəməyib:
"Bu gün bir neçə futbolçunun xidmətindən yararlana bilmədik. Hər bir komanda belə problemlə üzləşə bilər. İtkilərə rəğmən komandamız yaxşı oynadı, qol vəziyyətləri yaratdıq. Biz hər iki hissəyə yaxşı başladıq. Ancaq artıq neçənci oyundu ki, xal itiririk. Bu, bizim planlarımıza daxil deyildi. Qeyd etmək lazımdı ki, rəqiblərimiz asan olmayıb. Bundan sonrakı oyunlarda xal qazanmağa çalışacağıq. Hakimliyə gəlincə, qapımıza təyin edilmiş penalti haqda heç nə demək fikrim yoxdu, susacağam. Oyunun hakimləri barədə müəyyən fikirlərim var. Lakin bunları media ilə paylaşmaq istəmirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər