Mustafa Dənizli: "İstefa verməmişəm"

Mustafa Dənizli: "İstefa verməmişəm"
"Mən öz vəzifəmdən istefa verməmişəm, "Xəzər Lənkəran"dan getməmişəm və hələ də komandaya rəhbərlik edirəm. Bəli, rəhbərliklə aramızda gələcək işlərə dair müəyyən fikir ayrılığı var. Ancaq bu görüş mənim gedişimlə nəticələnməyib". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türk mütəxəssis Anadolu xəbər agentliyi açıqlamasında bildirib ki, növbəti həftədən onlar komandanın gələcək planlarını müzakirə edəcəklər: "İndi mən İstanbuldayam. Ancaq növbəti həftə mən Azərbaycana qayıdacağam və yenidən görüş keçirəcəyəm. Onda da gələcək planları müzakirə edərik. Fikir ayrılıqlarına gəlincə, bu, tamamilə normaldı ki, klub prezidenti və baş məşqçi haradasa bir-biri ilə razı deyillər". 
Qeyd edək ki, dünən "Xəzər Lənkəran"ın rəsmi saytında Mustafa Dənizlinin klubun prezidenti Mais Mənsimovla görüşündən sonra tərəflərin qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verdiyi haqda məlumat yer almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər