Bir neçə gündə İstanbulda olan Mustafa Dənizlidən yeni xəbər var. Fanat.az xəbər verir ki, türk mütəxəssis Azərbaycana qayıdır.
Məlumata görə, Dənizli sabah ölkəmizdə olmalıdı. Bundan əvvəl isə onun "Xəzər Lənkəran"ın prezidenti Mübariz Mənsimovla görüşü nəzərdə tutulub. Görüş bu gün keçiriləcək və tərəflər müxtəlif məsələləri müzakirə edəcək. Dənizli böyük ehtimalla gələn mövsümdə də komandaya başçılıq edəcək.
Fanat.az