Mourinyo Vengerə dərs keçdi - 6:0 VİDEO

Mourinyo Vengerə dərs keçdi - 6:0 VİDEO
İngiltərə Premyer Liqasında XXX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, lider "Çelsi" çempionluq uğrunda mübarizə aparan "Arsenal"ı qəbul edib.
Joze Mourinyo bir müddətdi söz davasına çıxdığı Arsen Vengerə sözün əsl mənasında dərs keçib. Belə ki, qarşılaşma "Çelsi"nin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Hesabı 5-ci dəqiqədə Samuel Eto`O açıb. 2 dəqiqə sonra Andre Şküerrle fərqi artırıb. 15-ci dəqiqədə qırmızı vərəqə alan Kieran Gibbz "Arsenal"ı azlıqda qoyub və penatiyə səbəb olub. Topa yaxınlaşan Eden Hazardın zərbəsi dəqiq olub. 42-cı dəqiqədə Oskar fərqi 4 topa çatdırıb. Braziliyalı 66-cı dəqiqədə dublunu rəsmiləşdirib. 71-ci dəqiqədə isə Məhhəməd Salah matçın yekun nəticəsini müəyyənləşdirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər