Mirça Luçesku, Erik Gerets və Mustafa Dənizli

Mirça Luçesku, Erik Gerets və Mustafa Dənizli
"Qalatasaray"ın prezidenti Ünal Aysal bu dəqiqələrdə baş məşqçi Roberto Mançini ilə görüşür. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə italyan mütəxəssisin klubdakı taleyi müzakirə olunur.
İddialara görə, Aysal Mançininin qarşısına şərt qoyub: "Ya bizim şərtlərimizi qəbul et, ya da istefa ver".
Məlumata görə, Mançini klub rəhbərliyindən ən azı 3 ulduz futbolçunun transferini istəyib. Aysal isə bu şərtlə razı deyil. Bu səbəbdən baş məşqçinin yola salınması gözlənilir.
Artıq "Qalatasaray"ın Mançinidən sonrakı planları da bəllidi. İtalyan mütəxəssis istefa verəcəyi halda onun yerinə 3 namizəd var.
Ünal Aysalın A planı Mirça Luçeskudu. Klub rəhbərliyinin təxminən 2 aydı danışıqlar apardığı rumın mütəxəssis hələ ki, razılıq verməyib. Amma Ukraynadakı vəziyyət onun hər an "Şaxtyor"dan ayrılması ilə nəticələnə bilər. Mançini istefa versə, "Qalatasaray" rəhbərliyi ilk olaraq Luçeskunun qapısını döyəcək.
Rumın mütəxəssis geri dönməyə razılıq verməsə, "Cim-Bom" B planı işə düşəcək. Bu planda isə baş məşqçi namizədi Erik Geretsdi. "Qalatasaray" rəhbərliyi komandanın sabiq belçikalı baş məşqçisinə təklif göndərəcək. 
D variantı isə Mustafa Dənizlidi. "Xəzər Lənkəran"dan ayrılan türk mütəxəssis dünənki açıqlamasında "Qalatasaray"dan təklif almadığını bildirib. Lakin klub rəhbərliyi Luçesku və Geretsi komandaya qaytara bilməsə, baş məşqçis postunu Dənizliy təklif edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər