Mindauqas Kalonasın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, ölkəmizdə "Rəvan", "Bakı" və "Simurq"un formasını geyinmiş forvard karyerasını İsrail çempionatında davam etdirəcək.
Belə ki, Kalonas Hayfa "Hapoel"inə keçib. Litvalı hücumçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Bu barədə "Hayfa"nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2012/13 mövsümünün ikinci yarısında "Rəvan"da çıxış edən (15 oyun, 8 qol) ötən yay "Bakı"ya transfer olmuşdu. 2013/14 mövsümünün ilk yarısında 18 oyun keçirib 6 qola imza atan Litva yığmasının forvardı baş məşqçi Milinko Pantiçlə yola getmədiyi üçün komandadan kənarlaşdırılmışdı. Lakin o, icarəyə verildiyi "Simurq"da da intizamsızlığı ilə diqqəti çəkib və 5 oyunda 217 dəqiəq oynadıqdan sonra komandanı tərk edib.
Fanat.az