Millinin üzvü qolunu hərbi salamla qeyd etdi - FOTO

Millinin üzvü qolunu hərbi salamla qeyd etdi - FOTO
Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk qolunun müəllifi Rauf Əliyev olub. Fanat.az xəbər verir ki, ötən gün startı verilən I turun "Bakı" - "Simurq" matçı təxirə salındığından ilk qol AZAL - "Xəzər Lənkəran" oyununda vurulub.
Əliyev Şüvəlanda baş tutan oyununun 35-ci dəqiqəsində başla gözəl qola imza atıb. Forvard qolunu əsgər salamı ilə bayram edib. Bu hərəkətinə görə futbolçunu bütün azarkeşlər ayaq üstə alqışlayıblar.
Rauf bu hərəkəti ilə cəbhədə şəhid olan əsgərlərimizi yad edib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər