Millinin məşqçiləri 1 oyuna biganədi

Millinin məşqçiləri 1 oyuna biganədi

Millimizin məşqçilərinin Topaz Premyer Liqasının XXVI turunda tribunadan izləyəcəyi oyunlar məlumdu. Fanat.az xəbər verir ki, seçmənin baş məşqçisi Berti Foqts martın 16-da keçiriləcək "Bakı" – "Qəbələ" və "İnter – Qarabağ" qarşılaşmalarına stadiondan baxacaq.

 

 Onun köməkçiləri də eyni gündə baş tutacaq tur zamanı iş başında olacaq. Aslan Kərimov "Neftçi" – AZAL, Mahmud Qurbanov isə "Sumqayıt" – "Xəzər Lənkəran" oyununa tamaşa edəcək.

 

 Qeyd edək ki, XXVI turun yalnız bir görüşü – “Simurq” – “Rəvan” qarşılaşması milli məşqçiləri tərəfindən izlənməyəcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər