Türkiyənin PTT 1-ci liqasında XXX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Mersin İdman Yurdu"nun qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Ufuk Büdakın adı "18-liy"ə salınsa da, matçın iştirakçısı olmayıb. Millimizin üzvü ehtiyatda qalıb.
Qeyd edək ki, "Qaziantep BB" 29 oyundan sonra 32 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.az