Millimizin üzvü yenə əvəzedici komandada

Millimizin üzvü yenə əvəzedici komandada
Millimizin üzvü Tuğrul Erat yenə "Fortuna"nın U-23 komandasının heyətində çıxış edib. Fanat.az xəbər verir ki, futbolçumuz Regional Liqanın "Sportfreunde Lotte" ilə oyununun iştirakçısı olub.
Matç "Fortuna"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tuğrul meydana start heyətində çıxıb və sonadək mübarizə aparıb. 
Qeyd edək ki, "Fortuna" 2 oyunda maksimum nəticə qazanıb və hazırda "Viktoriya" ilə birlikdə turnir cədvəlində liderlik edir. Tuğrul bu mövsüm "Fortuna"nın əsas heyətində debüt etməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər