Millimizin üzvü son turda 90 dəqiqə oynadı

Millimizin üzvü son turda 90 dəqiqə oynadı
Türkiyənin PTT 1-ci liqasında sonuncu - XXXVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Fəthiyəspor"u qəbul edib.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk mövsümün son oyununda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. "Fəthiyəspor"dan isə Davud Kərimi ehtiyatda qalıb.
Qeyd edək ki, "Qaziantep BB" 36 oyunda 41 xal toplayıb və mövsümü 13-cü pillədə bitirib. "Fəthiyəspor" 38 xalla 16-cı yeri tutaraq aşağı liqaya yuvarlanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər