Millimizin üzvü son oyunda 90 dəqiqə oynadı

Millimizin üzvü son oyunda 90 dəqiqə oynadı
Almaniyanın Regional Liqasında 2013/14 mövsümünün son oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxtı"nın U-23 komandası "Neumünster"ü qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. "Ayntraxt"ın baş məşqçisi Henninq Burger millimizin üzvünə mövsümün son oyununda oynamaq şansı verib. Taşkın meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. "Ayntraxt" 34 oyunda 36 xal toplayıb və mövsümü 13-cü pillədə başa vurub.
Qeyd edək ki, Taşkın U-21-in iyunun 1-də Norveçlə keçirəcəyi seçmə mərhələ oyununa dəvət alıb. O, yığmanın mayın 21-dən başlayan toplanışına sabahdan qoşulacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər