21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" II Bundesliqada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Dusseldorf təmsilçisi XXIII turda "Arminya"nı qəbul edib.
Oyun "Fortuna"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tuğrul yenə start heytində yer alıb və sonadək meydanda olub. Futbolçumuz 88-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Fortuna" 23 oyundan sonra 31 xalla 8-ci pilləni tutur.
Fanat.az