Tuğrul Erat Düsseldorf “Fortuna”sı ilə yenti müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, Almaniya klubu 22 yaşlı futbolçumuzla 2016-cı ilin 30 iyununadək anlaşma imzalayıb.
Millimizin üzvü klubun rəsmi saytına açıqlama verib: "Mən bu mövsümdə ilk peşəkar addımlarımı atdığım klubla müqaviləni müddətini artırmağıma çox şadam. İndi mən daha iki il komanda ilə olacağam. “Fortuna” fantastik azarkeşləri olan xüsusi bir klubdu".
Eratla müqavilə bağlanmasına dair klubun idman direktoru Helmut Şkülte də fikirlərini bildirib: "Bu mövsümdə çətin vaxtlarımız olanda Tuğrul çox kömək etdi. O, həmçinin, əsas heyətə oyunçular verməyə qadir olan yaxşı gənc komandamız (U-23) olduğunu göstərdi. Bundan başqa, futbolçunun peşəkar karyeraya sıçrayış etməsi həmişə yaxşı əlamətdi".
Fanat.az