21 yaşadək futbolçulardan ibarət millimizin üzıü Taşkın İlter Almaniyada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Ayntraxt"ın (Braunşveyq) U-23 komandasının heyətində meydana çıxıb.
Onun komandası Regional Liqada "Şvars-Veyss Rehde"nin qonağı olub. Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Taşkın meydana start heyətində çıxıb və 80-ci dəqiqədə Kristoper Naçtvey tərəfindən əvəzlənib.
Qeyd edək ki, bu, futbolçumuzun 2014-cü ildə ilk rəsmi oyunu olub. Belə ki, o, sonuncu dəfə ötən ilin 12 dekabrında "Veyşe Flensburq"la oyunda meydana çıxmışdı. Bu il keçirilən 11 oyundan 7-də zədə səbəbindən meydana çıxmayan Taşkın son 4 matçda "18-liy"ə düşsə də, heyətdə yer almamışdı.
Onu da qeyd edək ki, U-21 yığmamızın formasını geyinən Taşkın A millidə də bir oyun keçirib. Berti Foqts ona ötən ilin 19 noyabrında Qırğızıstanla oyunda 63 dəqiqə şans verib.
Fanat.az