Almaniyanın II Bundesliqasında XXVI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "Frankfurt"un qonağı olub.
Oyun 0:0 hesabı ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Fortuna" 26 oyundan sonra 33 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az