Millimizin rəqibləri: biri uddu, biri sülh bağladı

Millimizin rəqibləri: biri uddu, biri sülh bağladı
AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan komandalar yoldaşlıq oyunu keçirir. Fanat.az xəbər verir ki, bu gün Xorvatiya və Norveç milliləri meydana çıxıb.
Xorvatiya Malini sınağa çəkib. Oyun millimizin rəqibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Norveç isə Rusiya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Qeyd edək ki, bu gün daha bir rəqibimiz - İtaliya yığması da yoldaşlıq oyunu keçirəcək. İtalyanlar Bakı vaxtı ilə saat 23.45-də İrlandiyanı sınağa çəkəcək.
Xorvatiya - Mali 2:1
Qollar: İvan Perişiç, 15; 63 - Çeyk Diarra, 79.
Norveç - Rusiya 1:1
Qollar: Anders Konradsen, 77 - Oleq Şatov, 3.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər