Millimizin debütantı Almaniyada 90 dəqiqə oynadı

Millimizin debütantı Almaniyada 90 dəqiqə oynadı

Almaniyanın II Bundesliqasında mövsüm başa çatıb. Fanat.az xəbər verir ki, millimizin ABŞ-la yoxlama oyununa dəvət alan Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" "Bohum"un qonağı olub.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dmitri meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Ampluaca hücumçu olan futbolçu bu matçda sol cinah yarımmüdafiəçisi kimi oynayıb. Nəzərov 6 və 21-ci dəqiqədə qol vurmağa yaxın olsa da, rəqib qapıçı Andreas Lute buna imkan verməyib.  

Qeyd edək ki, 34 oyunda 50 xal toplayan "Karlsrue" mövsümü 5-ci pillədə başa vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər