Kişinyov şəhərində təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması moldovalı həmyaşıdları ilə daha bir yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Seymur Əliyev fərqlənib.
Qeyd edək ki, Azərbaycan və Moldova yığmaları arasında ilk yoldaşlıq oyunu iyunun 17-də baş tutmuşdu. Həmin matçda millimiz 1:2 hesabı ilə yenilmişdi.
Fanat.az