FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbərverirki, yığmamız2 pillə irəliləyib. Belə ki, martın 5-də keçirilən yoxlama oyunları reytinq siyahısında müəyyən dəyişikliklərə səbəb olub. Dubay şəhərində keçirilən yoldaşlıq görüşündə Filippini 1:0 hesabı ilə məğlub edən komandamız siyahıda 91-ci yerdədi.
Fevralda 372 xalla 93-cü olan Berti Foqtsun yetirmələri 3 xal geri düşsə də, 2 pilləlik inkişafa nail olub. Təmsilçimizin 369 xalla 91-ci olmasına isə cədvəldəki “qonşularımızın” zəifləməsi səbəb olub.
Ötən ay 91-ci olan Estoniya 1 pillə geriləməklə 92-ci, Çin 88-ci yerdən 98-ə enib. Məhz bu 2 komandanı keçməsi sayəsində yığmamız irəliləyib.
Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1510) yenə 1-ci, Almaniya (1336) və Argentina (1234) ilk “üçlük”də yerini qoruyub.
Fanat.az