"IV Caspian Cup" turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün yarış çərçivəsində daha 4 oyun baş tutub.
Bolqarıstanla Yaponiya 5-ci uğrunda oyunda qarşılaşıb. Yaponlar 1:0 hesablı qələbə qazanaraq turniri 5-ci pillədə başa vurub. Qırğızıstan eyni hesabla Özbəkistanı yenərək 7-ci olub.
U-16 millimiz Gürücüstanla münasibətlərini aydınlaşdırıb. 0:1 hesabı ilə yenilən komandamız "IV Caspian Cup" turnirini 10-cu pillədə başa vurub. Qazaxıstan isə Əfqanıstanı darmadağın edərək (3:0) 11-ci olub.
Qeyd edək ki, üçüncü yer uğurunda oyun və final sabah baş tutacaq.
IV Caspian Cup
4 iyun
5-ci yer uğrunda
Bolqarıstan - Yaponiya 0:1
"Bayıl Arena".
7-ci yer uğrunda
Qırğızıstan - Özbəkistan 1:0
"Dalğa Arena".
9-cu yer uğrunda
Azərbaycan U-16 - Gürcüstan 0:1
"Bayıl Arena".
11-ci yer uğrunda
Əfqanıstan - Qazaxıstan 0:3
"Dalğa Arena".
Fanat.az