Millimiz ərəbləri uddu

Millimiz ərəbləri uddu

Aprelin 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirib. Fanat.az xəbər verir ki, komandamız darmadağınla qarşılaşıb.

Belə ki, millimizin rəqibi BƏƏ-nin "Əl Əhli" klubu olub və oyun Azərbaycanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Elvin Quliyev, Comərd Baxşəliyev (2 qol) və Sabir Allahquliyev vurub.

Qeyd edək ki, bu komandalar arasında mayın 3-də keçirilmiş qarşılaşma da 4:2 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər