Millimiz Əfqanıstanı darmadağın etdi

Millimiz Əfqanıstanı darmadağın etdi
“IV Caspian Cup”un həlledici mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, bu gün 4 qarşılaşma baş tutub.
 
5-8-ci yerlər uğurunda iki matç keçirilib. Bolqarıstan Qırğızıstanı 3:1, Yaponiya Özbəkistanı 7:5 hesabı ilə yenib. Bu oyunların qalibləri 5-ci, məğlubları 7-ci yer uğrunda oynayacaq.
9-12-ci yerlər uğrunda qarşılaşmalarda isə Azərbaycan U-16 yığması Əfqanıstanı 6:1, Gürcüstan Qazaxıstanı 5:1 hesabı ilə yenib. Beləliklə, Azərbaycanla (U-16) Gürcüstan 9-cu, Əfqanıstanla Qazaxıstan 11-ci yer uğurunda matçda qarşılaşacaq.
Qeyd edək ki, A qrupunun olan U-17 millimiz sabah finala vəsiqə uğrunda B qrupunun birincisi İranla qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə Tacikistanla (C qrupu) Türkiyə (D qrupu) üz-üzə gələcək.
IV Caspian Cup
2 iyun 
5-8-ci yerlər uğrunda
Bolqarıstan - Qırğızıstan 3:1
Hakimlər: Xəlil Xəlilov, Coşqun Həsənov, Rahil Ramazanov, Yusif Nurullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
"Dalğa Arena".
Yaponiya - Özbəkistan 7:5
Hakimlər: Rəşad Əhmədov, Ruslan Quliyev, Səbuhi Soltanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Vahid Hüseynov.
"Bayıl Arena"
9-12-ci yerlər uğrunda
20.00 Əfqanıstan - Azərbaycan U-16 1:6
Hakimlər: Elgün Hüseynov, Hüseyn İmanov, Eyyub İbrahimov, Elnur Muradov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Arif Ağayev.
"Dalğa Arena".
20.00 Gürcüstan - Qazaxıstan 5:1
Hakimlər: Mahir Məmmədov, Elşən Acalov, Rahin Heybətov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bayıl Arena"
4 iyun
5-ci yer uğrunda
Yaponiya - Bolqarıstan
7-ci yer uğrunda
Özbəkistan - Qırğızıstan 
9-cu yer uğrunda
Azərbaycan U-16 - Gürcüstan
11-ci yer uğrunda
Əfqanıstan - Qazaxıstan
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər