İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası bu gün Bolqarıstan yığması ilə qarşılaşıb. Fanat.az xəbər verir ki, millimiz 7:2 hesabı ilə qələbə qazanıb.
Comərd Baxəliyevin het-trik, Zeynal Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Orxan Məmmədov və Asif Zeynalov fərqlənib.
Bu qələbə yığmamıza 3-cü yer uğrunda oynamaq imkanı yaradıb.
Fanat.az